İranda koronavirusdan daha 147 nəfər ölüb

İranda koronavirusdan daha 147 nəfər ölüb
  30 İyun 2020    Oxunub:2273
İranda son sutka ərzində daha 2457 nəfər koronavirusa yoluxub, bununla ölkə üzrə ümumi yoluxma sayı 227 min 662-yə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son bir gündə 147 nəfər virusdan vəfat edib, nəticədə pandemiya qurbanlarının sayı 10 min 817-yə yüksəlib.

İndiyədək 188 min 758 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti