"Zirə" Serbiya klubuna qalib gəldi

"Zirə" Serbiya klubuna qalib gəldi
  21 Yanvar 2020    Oxunub:2038
Antalyada təlim-məşq toplanışını davam etdirən "Zirə" klubu növbəti yoxlama matçında gücünü sınayıb.
Azvision.az xəbər verir ki, bu gün paytaxt təmsilçisi Serbiya yüksək liqa təmsilçisi "Napredak" ilə üz-üzə gəlib. Görüş "Zirə"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ilk yoxlama matçında Türkiyə "Ümraniyespor" klubuna 0:3 hesabı ilə məğlub olan "Zirə" ikinci görüşdə Rumıniyanın "Sepsi" komandasına 2 cavabsız qolla qalib gəlib.

Azvision.az



Teqlər: Zirə  





Xəbər lenti