Gürcüstan-Rusiya yolu bağlandı, hərəkətə icazə verilmir

 Gürcüstan-Rusiya yolu bağlandı, hərəkətə icazə verilmir
  06 Yanvar 2019    Oxunub:4872
Gürcüstan ilə Rusiya arasındakı “Kazbek-Yuxarı Lars” sərhəd-keçid məntəqəsinə gedən avtomobil magistralı yanvarın 6-da səhər saatlarında bağlanıb.
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, buna səbəb qarın aramsız yağması və dağlıq ərazilərdə qar uçqunu təhlükəsinin yaranmasıdır.

Gürcüstanın Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamentindən bildiriblər ki, güclü qar səbəbindən Mtsxeta-Stepantsminda–Lars avtomagistralının Qudauri-Kobi hissəsində də avtomobillərin hərəkətinə qadağa qoyulub.

Bundan başqa, magistralın Mleta-Qudauri hissəsində də avtomobillərin dayanmasına icazə verilmir.

Yollarda Dövlət Yol Polisinin post-patrul xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar. Yolun nə vaxt açılacağı hələlik məlum deyil.

v


Teqlər:





Xəbər lenti