Ermənistanda xüsusi ağır cinayətlər 30 faiz artıb
Belə ki, 2018-ci ilin yanvar-noyabr aylarında ölkə ərazisində 20267 cinayət faktı qeydə alınıb. 2017-ci ilin eyni dövründə bu rəqəm 17898 cinayət faktı təşkil edib. Ötən il ölkədə 209 xüsusi ağır cinayət törədilib. 2017-ci ildə bu rəqəm 161 olub.
Bundan əlavə, odlu silahla törədilən cinayət halları da çoxalıb. Əgər 2017-ci ildə bu rəqəm 49 faktdan ibarət idisə, 2018-ci ildə bu qəbildən olan 53 cinayət hadisəsi törədilib. (Report)
Azvision.az
Teqlər: Ermənistan Cinayət