Hədə-qorxu ilə pul tələb edənlər saxlanıldı

Hədə-qorxu ilə pul tələb edənlər saxlanıldı
  25 Avqust 2018    Oxunub:2204
Avqustun 23-də Şəki rayonunun Abbas kəndi ərazisində yerləşən mağazalardan birinə gəlmiş 2 nəfər naməlum şəxs oradan aldıqları şirniyyatdan uşaqlarının zəhərlənməsini bildirib, bu barədə hüquq mühafizə orqanlarına xəbər verəcəkləri ilə hədələyərək mağazanın sahibindən 170 manat pul almışlar.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini Fariz Yəhyayev və Kəlbəcər rayon sakini İpək Məmmədova saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.
Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: Şəki   Cinayət   DİN  





Xəbər lenti