Abşeronda sex yanıb

Abşeronda sex yanıb
  16 İyun 2017    Oxunub:1349
Abşeron rayonunda vətəndaşa məxsus sexdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, rayonun Hökməli qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 750 kv.m olan sexin içərisinndə 100 kv.m sahədə taxta tullantıları və 120 kv.m sahədə tavan yanıb.

Sexin qalan hissəsi və dəzgahlar yanğından mühafizə olunub. Yanğın saat 11:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: yanğın   FHN  





Xəbər lenti