Ukrayna Qarabağdakı `referendum`u tanımır

Ukrayna Qarabağdakı `referendum`u tanımır
  22 Fevral 2017    Oxunub:1411
Ukrayna 20 fevral 2017-ci il tarixində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionunda keçirilən qondarma "referendum"u tanımır və onu qeyri-legitim hesab edir.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, "referendum" Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüququn pozulması deməkdir və heç bir hüquqi nəticə kəsb etmir.

"Ukraynanın Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyi dəyişməz olaraq qalır - Ukrayna Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində tanıyır"-bəyanatda vurğulanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti