Məmmədyarovun həmsədrlərlə görüşü dəqiqləşdi

Məmmədyarovun həmsədrlərlə görüşü dəqiqləşdi
  15 Fevral 2017    Oxunub:1512
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Almaniyada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.
Bunu AzVision.az-a açıqlamasında XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

“Münhen Təhlükəsizlik konfransı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub”, - deyə Hikmət Hacıyev vurğulayıb.

Qeyd edək ki, Münhen Təhlükəsizlik konfransı 16-17 fevral tarixlərində keçiriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti