Lavrov Nalbandyanla Qarabağı müzakirə edəcək

Lavrov Nalbandyanla Qarabağı müzakirə edəcək
  15 Fevral 2017    Oxunub:2844
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan fevralın 20-21-də Rusiyaya rəsmi səfər edəcək.
AzVision.az xəbər verir ki, bunu Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, görüşdə iki ölkə arasında əməkdaşlığın inkişafına istiqamətlənmiş addımlar müzakirə ediləcək, gündəlikdə duran bir sıra regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılacaq.

Nazirlər, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini də müzakirə edəcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti