Tramp Məxfi Xidmət rəhbərini istefaya göndərdi

Tramp Məxfi Xidmət rəhbərini istefaya göndərdi
  15 Fevral 2017    Oxunub:1565
ABŞ-ın Məxfi Xidmətinin başçısı Cozef Klensi bu il martın 8-də tutduğu vəzifəni tərk edəcək.
AzVision.az “ABC” telekanalına istinadən xəbər verir ki, prezidenti Donald Tramp Klensinin işdən çıxarılması haqda fərman imzalayıb.

Onun istefaya göndərilməsinə səbəb insanların qanunsuz olaraq, Ağ evin ərazisinə daxil olması göstərilir. Məlumata görə, son illər Məxfi Xidmət ciddi tənqidlərə məruz qalıb.

Xatırladaq ki, Cozef Klensidən əvvəl Culiya Pirson Ağ evin bir neçə zalına əli bıçaqlı şəxsin icazəsiz daxil olması səbəbindən vəzifəsindən uzaqlaşdırılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti