Yeni prezident ilk səfərini Rusiyaya edəcək

Yeni prezident ilk səfərini Rusiyaya edəcək
  15 Fevral 2017    Oxunub:1821
Özbəkistan prezidenti Şavkat Mirziyoev aprelin ilk on günlüyündə Rusiyaya səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Daşkənddə olan mənbə bildirib.

“Özbəkistan prezidentinin səfərinin aprelin ilk on günlüyündə baş tutacağı gözlənilir. İlkin məlumatla görə, görüş ayın 5-i baş tutacaq, lakin hələ rəsmi tarix dəqiqləşdirilməyib”, - deyə mənbə vurğulayıb.

Agentliyin mənbəsi bildirib ki, bu gün Daşkəndə keçiriləcək Özbəkistan – Rusiya hökumətlər arası komissiyanın iclasında Mirzoyevin Moskva səfərinin detalları da müzakirə olunacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti