`Reina terroru`nu planlaşdıranlardan biri tutuldu

`Reina terroru`nu planlaşdıranlardan biri tutuldu
  14 Fevral 2017    Oxunub:1393
Yeni il gecəsi İstanbulda “Reina” əyləncə klubuna terror hücumunu planlaşdıranlardan biri, türk əsilli Fransa vətəndaşı A.S, İstanbulda yaxalanıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prokurorluq, şübhəlinin üzərindən “Reina”da terror aktı törədən Abdulkadir Maşaripovun qaldığı evin icarə müqaviləsinin aşkarlandığını açıqlayıb. İki gün əvvəl saxlanılan şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbərdə bildirilib ki, Türkiyə əsilli A.S. adlı fransalı 2009-cu ildən Fransada yaşayır. Onun terrorçu İŞİD qruplaşmasının üvü olduğu vurğulanıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti