Karapetyan rəis müavinini Belarusa getməyə qoymadı

Karapetyan rəis müavinini Belarusa getməyə qoymadı
  09 Fevral 2017    Oxunub:1398
Ermənistanın baş naziri Karen Karapetyan respublikanın polis rəisinin müavini Vardan Yegiazaryanın Belarusa səfərini ləğv edib.
AzVision.az xəbər verir ki, bu barədə məlumat Ermənistan hökumətinin saytında yerləşdirilib. Qərarın səbəbləri barədə məlumat verilmir.

Qeyd edək ki, Yegiazaryan martın 2-5-də Minskdə Belarus milisinin 100 illiyi münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak etməli idi.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti