Belarus səfiri erməni jurnalistlərə rədd cavabı verdi

Belarus səfiri erməni jurnalistlərə rədd cavabı verdi
  08 Fevral 2017    Oxunub:2576
Ermənistanın “operativ.am” saytının əməkdaşları telefon vasitəsilə Belarusun bu ölkədəki səfiri İqor Nazarukdan bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsi məsələsinə münasibət öyrənməyə çalışıb.
AzVision.az xəbər verir ki, səfir erməni jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.

"Sizinlə bu məsələni müzakirə etməyəcəyəm" - deyə Belarus səfir telefonun dəstəyini asıb.

Belarusun Ermənistandakı səfiri İqor Nazaruk hazırda Minskdədir.

Xatırladaq ki, daha əvvəl Belarusun İrəvandakı səfirliyinin qarşısında bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsinə etiraz olaraq nümayiş keçirilib. Səfirlik qarşısında keçirilən nümayişdə deputatlar da iştirak edib.

Müxalif deputat Nikol Paşinyan “qısa müddət ərzində Ermənistanı tərk et” tələbi yazılmış bəyanatı səfirliyə təqdim etməyə çalışıb. Səfirliyin əməkdaşları səfirin hazırda işdə olmadığını və bu səbəbdən bəyanatı qəbul edə bilməyəcəklərini deyiblər.

Səfirliyin qarşısına toplaşanlar Belarus səfirinin ünvanına “Rədd ol!” şüarı səsləndiriblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti