Tramp MKİ rəhbərini Türkiyəyə göndərir - FETÖ işi

Tramp MKİ rəhbərini Türkiyəyə göndərir - FETÖ işi
  08 Fevral 2017    Oxunub:1810
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) yeni rəhbəri Mayk Pompeo ilk xarici səfərini Türkiyəyə edəcək.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə razılıq ABŞ prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığı zamanı əldə olunub.

Qeyd olunub ki, sabah baş tutacaq səfər çərçivəsində Mayk Pompeo türkiyəli rəsmilərlə PYD və FETÖ başda olmaqla digər məsələləri müzakirə edəcək .

Aydan Əmirxan
AzVision.az



Teqlər:  





Xəbər lenti