Gürcü nazirlər Bakıya gəlir - (Yenilənib)

Gürcü nazirlər Bakıya gəlir - (Yenilənib)
  08 Fevral 2017    Oxunub:2268
Gürcüstanın xarici işlər naziri Mixeil Canalidze fevralın 12-də Azərbaycana səfər edəcək.

İki gün davam edəcək səfər çərçivəsində gürcüstanlı nazirin azərbaycanlı həmkarı Elmar Məmmədyarovla və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

Görüşlərdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq, dünyada və regionda baş verən proseslər barədə fikir mübadiləsi aparılacaq.

Xarici işlər nazirlərinin görüşündən sonra birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulur. (Azərtac)

***
(19:20)

Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani fevralın 10-da Azərbaycana səfərə gələcək.

Xanım nazir Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov və digər dövlət rəsmiləri ilə görüşəcək.

Səfərdə məqsəd ölkələrimizin ədliyyə nazirlikləri və ədliyyə orqanları arasında əməkdaşlığın inkişaf perspektivlərini, birbaşa əlaqələrin qurulması imkanlarını müzakirə etməkdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti