Rusiya İdlibi bombaladı - 15 ölü, xeyli yaralı var

Rusiya İdlibi bombaladı - 15 ölü, xeyli yaralı var
  07 Fevral 2017    Oxunub:2100
Rusiya qırıcıları Suriyanın İdlib şəhərini bombalayıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhər 8 istiqamətdə hava hücumuna məruz qalıb. Bombardıman nəticəsində ən azı 15 nəfərin öldüyü, 10-dan çox insanın yaralandığı bildirilir.

“Reuters”in məlumatına görə, onlarla insan dağıntılar altında qalıb. Ölü sayının artacağı istisna edilmir.

Rəsmi Moskva hələlik bu barədə açıqlama verməyib.

Aydan Əmirxan
AzVision.az


Teqlər:





Xəbər lenti