Masallıda oğru dəstə tutulub - Video

Masallıda oğru dəstə tutulub -  Video
  29 Noyabr 2016    Oxunub:3053
Masallıda silsilə oğurluqlar törətməkdə təqsirləndirilən şəxslər zərərsizləşdirilib.
Rayon sakini Kamran Hüseynov Musaküçə kənd sakini Əlvan Heydərovun evindən 3 200 rubl və 220 manat, Türkoba kənd sakini Vüqar Hacıyevin evindən 1 850 manat oğurlayıb.

Daha sonra tanışı Fariq İbrahimovla birgə Mollaoba kənd sakini Seyfəl Baxşəliyevin evindən 350 dollar, 150 manat pul və qızıl-zinət əşyaları aparıblar. Hər iki şəxs saxlanılıb, araşdırmalarla onların digər cinayət əməlləri də üzə çıxıb. Kamran Hüseynov üzərindən 2 940 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.(ARB TV)



AzVision.az


Teqlər:





Xəbər lenti