Erməni nazir yıxıldı, ayağı sındı

Erməni nazir yıxıldı, ayağı sındı
  03 Yanvar 2016    Oxunub:2921
Ermənistan təhsil və elm naziri Armen Aşotyan evinin qarşısında yıxılaraq ayağını sındırıb.
Bu haqda nazirin mətbuat katibi Zoqrap Yeqanyan məlumat verib.

Nazirin mətbuat katibi hadisə ilə bağlı əlavə məlumat verməyib. Bir qədər sonra Armen Aşotyan “Facebook” səhifəsində artıq əməliyyat olunduğunu yazıb. "Bir qədər əvvəl ayağımın əməliyyatı qurtardı. Tez bir zamanda bərpa ola biləcəyimə və adi həyat rejiminə qayıdacağıma ümid edirəm. Həkimlərə təşəkkür edirəm",- deyə nazir yazıb.

Xatırladaq ki, keçən il Armen Aşotyan ölkənin adını dəyişib, Şərqi Ermənistan Respublikası qoymağ təklifi ilə yadda qalmışdı. (Ans)


Teqlər:





Xəbər lenti