Zelenski Qərbdəki müttəfiqlərinə irad tutub

   Zelenski Qərbdəki müttəfiqlərinə irad tutub
  05 Oktyabr 2024    Oxunub:1230
“Qələbə planı” ilk növbədə Ukraynanın güclənməsi deməkdir. Bu, Rusiyanı müharibəni diplomatik yolla bitirməyə məcbur etmək planıdır.
xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Sumı vilayətinə səfəri zamanı belə deyib. O, bildirib ki, Ukrayna geosiyasi cəhətdən güclü mövqeyə malik olmalı və lazımi silahlarla, xüsusən də müvafiq məhdudiyyətlər qoyulan və ya istehsal edilməsi planlaşdırılan silahlarla gücləndirilməlidir.

“Müharibənin bitməsi ilə bağlı hələ də bəzi detallar var. Bu planın təfərrüatları haqqında danışsaq, bunlar ağır, mürəkkəb, Rusiya Federasiyasının hərbi infrastrukturunu məhv etmək üçün vacib olan silahlardır”, - Ukrayna prezidenti izah edib.

Zelenskinin iddiasına görə, əslində onun təklif etdiyi “sülh planı” Sülh sammitinin ləğvini nəzərdə tutmur, əksinə onu gücləndirir.

- Strategiya elə bundadır. Ukrayna müharibə bitdikdən sonra istənilən platformaya, istənilən zirvəyə mümkün qədər güclü gəlməlidir. İnanırıq ki, bu yaxın aylarda edilə bilər. Təxminən belədir. İndi tərəfdaşlarımızdan nəsə eşidəcəyik. İrəli müəyyən addımlar ola bilər. Eşidəcəyik. Mümkün qədər bəzi maksimum şeyləri, bəlkə də silahlar barədə detallaşdırma aparmadan, cəmiyyətə izah edəcəyik”, - Volodimir Zelenski deyib.

Bununla belə, o, “qələbə planı”nın müharibənin sabah necə bitəcəyi ilə bağlı olmadığını diqqətə çatdırıb. Amma onun bu planı Ukraynanın müharibəni bitirmək üçün necə güclü ola biləcəyi ilə bağlıdır. Çünki Kiyevin güclü mövqeyi olmalıdır.

“Əgər Ukraynanı güclü etmək qərarına gəlsəniz, onda gedək. Əgər bacarmırsınızsa, deməli edə bilmirsiniz. Onda hər addımda Ukraynanın qalib gəlməsini istədiyinizi söyləməyə ehtiyac yoxdur. Bunu əməllərinizlə sübut edin”, - Ukrayna prezidenti Qərbdəki müttəfiqlərinə iradını bildirib.

Zelenskinin “qələb planı” ABŞ-da təəssürat yaratmayıb
Qeyd edək ki, Zelenskinin Ağ Ev administrasiyasına təqdim etiyi “sülh planı”nın ümumi konturlarından hali olan yüksək vəzifəli amerikalı məmurlardan biri bu təklifdən təəssüratlanmadığını deyib.

Vaşinqtonun Zelenskinin planına skeptik yanaşması fonunda isə, Rusiya ordusu Donbass vilayətindəki strateji əhəmiyyətə malik olan Uqledar şəhərini ələ keçirib. Bundan əlavə, böyük əhəmiyyət kəsb edən Pokrovsk şəhərinin də itirilməsi təhlükəsi yaranıb. Hər iki şəhər ölkənin Cənub-Şərq cəbhəsində Ukrayna ordusunun təchizatı məsələsində əsas arteriya rolunu oynayırlar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Zelenski   Qərb   narazılıq  





Xəbər lenti