Qırğızıstan qəzeti Xocalı faciəsindən bəhs edib

“Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan britaniyalı jurnalistlər qarşısında öyünərək bunları etiraf edib: “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar. Hesab edirdilər ki, ermənilər dinc sakinlərə əl qaldıra bilməzlər. Biz bu stereotipi dağıtdıq. Baxın görün nə baş verdi...” (Tomas de Vaal, “Qara bağça”, “BBC”).
Doğrudur, son illər tanınmış beynəlxalq təşkilatlar bu soyqırımı pisləyən müxtəlif qətnamələr, sənədlər qəbul edib, lakin bütün bunlar sözdən başqa bir şey olmadı. Soruşun, niyə? Yenə də ikili standartlar.
Xocalı hadisələrinin 33-cü ildönümündə Azərbaycan xalqı bir daha ümid və inam ilə beynəlxalq təşkilatlara, dünya xalqlarına və dövlətlərə müraciət edərək, həqiqət və ədaləti müdafiə etməyə, bu dəhşətli cinayəti pisləməyə və “müəllifləri” məsuliyyətə cəlb etməyə çağırırlar. Əks halda, bir müddət sonra bu canilər “qəhrəman” olacaqlar.
Onların bəziləri artıq Azərbaycanın ədalətli məhkəməsi qarşısında cavab verir, qalanları da gec, ya tez Xocalıda dinc sakinlərə qarşı soyqırımı törətdikləri üçün layiqli cəzalarına çatacaq, tarixin məhkəməsi qarşısında cavab verəcəklər.
Biz qisas hissi ilə yaşamırıq, lakin nasist cinayətkarlarının cəzasız qalmasına yol verilmədiyi kimi, nə qədər zaman keçsə də Xocalıda dinc əhaliyə qarşı soyqırımı törədənlər də cəzasız qalmamalıdır. İnsani ədalət naminə, bu soyqırımın planetimizin tarixində sonuncu olması üçün”, - deyə səfir “Veçerniy Bişkek” qəzetinin müxbirinin sualını cavablandırarkən söyləyib.
AzVision.az
Teqlər: