ABŞ BƏƏ-yə ən qabaqcıl süni intellekt çipləri satacaq

ABŞ BƏƏ-yə ən qabaqcıl süni intellekt çipləri satacaq
  17 May 2025    Oxunub:313
ABŞ prezidenti Donald Tramp Əbu-Dabi ilə Vaşinqtonun Fars körfəzi ölkəsi üçün Amerika şirkətlərindən bəzi ən qabaqcıl süni intellekt yarımkeçiricilərini almaq imkanını yaratmaq barədə razılığa gəldiklərini bildirib.
AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Donald Trampın Əbu-Dabiyə səfəri zamanı əldə edilmiş razılaşma BƏƏ üçün böyük qələbədir, çünki onlar çoxdankı müttəfiqi ABŞ və ən böyük ticarət tərəfdaşı Çinlə münasibətlərində balans yaratmağa çalışırlar.

Agentliyin yazdığına görə, bu, Ağ Ev administrasiyasının məlumat mərkəzlərinin Amerika şirkətləri tərəfindən idarə olunmasını tələb etməklə, çiplərin təhlükəsiz şəkildə idarə oluna biləcəyinə inamını əks etdirir.

“Biz BƏƏ-nin ABŞ-də xərcləyəcəyini açıqladığı 1,4 trilyon dolların xərclənməsində böyük irəliləyiş əldə edirik”, - Amerika lideri Fars körfəzi dövlətlərinə çoxgünlük səfəri zamanı çıxışında deyib.

Xatırladaq ki, mart ayında BƏƏ ABŞ-də enerji, süni intellekt və istehsalat da daxil olmaqla sektorlara 10 illik 1,4 trilyon dollarlıq investisiya proqramı həyata keçirməyi öhdəsinə götürüb.

AzVision.az


Teqlər: ABŞ   BƏƏ   çiplər  





Xəbər lenti