Mahir daha bir il “Nürnberq”də qalacaq, yoxsa klubunu dəyişəcək?

"Son bir neçə gün ərzində mənimlə bağlı yayılan məlumatlara aydınlıq gətirmək üçün sizə müraciət edərək, anlaşılmazlığı aradan qaldırmaq istəyirəm. Mən "Nürnberq"in futbolçusuyam, səbirsizliklə meydanda və ondan kənarda əldə olunacaq uğurlu anları gözləyirəm", - deyə Emreli paylaşımında yazıb.
Azarkeşlərə səslənən Mahir əsas məqsədinin "Nürnberq"in uğurları olduğunu bildirib: "Əsas məqsədim komandanın ən yüksək nəticələr qazanmasıdır. İlk gündən bildirmişəm ki, sizi öz çıxışım və qollarımla sevindirmək üçün əlimdən gələni edəcəyəm. Nürnberq özümü xoşbəxt hiss etdiyim məkandır və səylə çalışmaq üçün tam motivasiyalıyam. İndi bütün diqqətlər növbəti oyunadır - sizin dəstəyinizə ehtiyacımız var və Hannoverdə 3 xal üçün birlikdə mübarizə aparacağıq".
Qeyd edək ki, Mahirin "Nürnberq"i tərk edərək, Cənubi Koreyaya yollanacağı xəbərləri yayılmışdı. Nəticədə, azərbaycanlı futbolçunun adı komandasının son iki oyununda iştirak ərizəsinə daxil edilməmişdi.
AzVision.az
Teqlər: