Türkiyə Avropanın silah bazarına daxil olur

   Türkiyə Avropanın silah bazarına daxil olur
  27 Fevral 2025    Oxunub:400
İtaliyanın müdafiə nəhəngi olan “Leonardo” konserni Türkiyənin “Baykar” şirkəti ilə strateji əməkdaşlıq müqaviləsi bağlamağa yaxındır.
AzVision.az xəbər verir ki, bu şirkətlər artıq gələn həftə anlaşma memorandumu imzalayacaqlar. Bu, Avropanın dron istehsal imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə biləcək birgə müəssisənin əsasını qoyacaq.

Birgə müəssisə “Leonardo”ya “Baykar” texnologiyasından istifadə etməyə imkan verəcək. Bu isə növbəti nəsil GCAP qırıcı təyyarələrinin hazırlanmasında istifadə olunacaq altıncı nəsil yüksək texnologiyalı dronların inkişafına gətirib çıxaracaq.

Planlaşdırılan “Leonardo” birgə müəssisəsi türk şirkətinə Avropa bazarına birbaşa çıxış əldə etməyə imkan yardacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Baykar   Leonardo   müştərək  





Xəbər lenti