Papanın səhhəti yaxşılaşır

Papanın səhhəti yaxşılaşır
  28 Fevral 2025    Oxunub:389
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin səhhəti yaxşılaşmağa davam edir.
Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, 88 yaşlı pontifik günün birinci yarısını müxtəlif tibbi proseduralardan keçir, günortadan sonra 10-cu mərtəbədəki şəxsi iqamətgahının ibadətgahında dualar edir və sonra iş fəaliyyətini davam etdirir.

Xatırladaq ki, fevralın 14-dən etibarən Romadakı “Gemelli” xəstəxanasına yerləşdirilən 88 yaşlı Fransiskə polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulub.

AzVision.az


Teqlər:





Xəbər lenti