Nazirlik icazəsi olan plastik cərrahların siyahısını açıqlayacaq

   Nazirlik icazəsi olan plastik cərrahların siyahısını açıqlayacaq
  26 Fevral 2025    Oxunub:405
Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Təhsil Nazirliyinin müvafiq qurumlarının nümayəndələrindən ibarət yaradılmış xüsusi Təftiş Komissiyasının 5 iclası keçirilib. İclaslarda 40 nəfər plastik cərrahiyyə ilə məşğul olan mütəxəssisin sənədləri təftiş olunub.
Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə müsahibəsində deyib. Nazir bildirib ki, indiyədək 96 nəfər plastik cərrahiyyə ilə məşğul olan mütəxəssis öz sənədlərini təqdim edib.

"Onlar dəvət olunub və tam şəffaf şəkildə onlarla araşdırmalar aparılıb. Təftiş Komissiyasının fəaliyyətinin sonunda Səhiyyə Nazirliyinin rəsmi saytında Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ilə məşğul olmaq icazəsi olan mütəxəssislərin rəsmi siyahısı təqdim olunacaq".


AzVision.az


Teqlər:





Xəbər lenti