Ermənistan Türkiyə ilə sərhədin açılmasını istəyir

“Biz respublikanın baş naziri ilə bu sərhəd məntəqəsində olduq. Tikinti işləri başa çatıb və keçid məntəqəsi açılmağa hazırdır. Sərhədin açılması məsələsi siyasi xarakter daşıyır və təkcə Ermənistanın mövqeyindən asılı deyil”, - erməni nazir bildirib.
Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında ortaq sərhəd olmasına baxmayaraq diplomatik əlaqələr yoxdur. 2009-cu ildə Sürixdə iki dövlətin Xarici İşlər nazirləri diplomatik münasibətlərin qurulması və qarşılıqlı münasibətlərin prinsipləri haqqında protokollar imzalasalar da, tərəflər onu təsdiqləməyiblər. 2018-ci il martın 1-də İrəvan protokolların ləğv olunduğunu bildirsə də, 2021-ci ildə Türkiyə və Ermənistan nizamlanma məsələləri üzrə xüsusi nümayəndələr təyin ediblər.
Bunun la belə, Ankara Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsinin və onlar arasında sərhədlərin açılmasını Bakı-İrəvan anlaşmalarından asılı olduğunu dəfələrlə diqqətə çatdırıb. Bu kontekstdə, Zəngəzur Dəhlizinin açılması məsələsi xüsusi əhəmiyyət kəsb edir ki, Ermənistan hökuməti də hələlik bu məsələdə konstruktiv mövqe sərgiləmir.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Türkiyə Ermənsitan sərhədd