Azad edilmiş ərazilərdə tarixi abidələrin bərpasına başlanılıb

   Azad edilmiş ərazilərdə tarixi abidələrin bərpasına başlanılıb
  26 Fevral 2025    Oxunub:450
Azad edilmiş ərazilərdə tarixi abidələrin inventarlaşması artıq başa çatıb və onların bərpasına başlanılıb.
AzVision.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət naziri Adil Kərimli deyib.

O bildirib ki, Böyük Qayıdış Proqramı çərçivəsində tarixi abidələrin bərpası istiqamətində ciddi addımlar həyata keçirilir, çoxsaylı layihələr icra olunur: "

Eyni zamanda bütövlükdə mədəniyyət infrastrukturunun bərpası istiqamətində də ciddi işlər həyata keçirilir. Tarixi abidələrin inventarlaşdırılması həyata keçirilib və artıq bərpasına başlanılıb.

Qarabağda və Şərqi Zəngəzurda bir çox tarixi abidələr bərpa olunmaqdadır. Sonuncu dəfə bərpa etdiyimiz layihə dövlət başçısının açılışını etdiyi Ağdam İmarət Kompleksi olub. Hazırda da tarixi abidələrimizin bərpası istiqamətdə işlər davam etdirilir".

AzVision.az


Teqlər:





Xəbər lenti