Türk Dövlətləri Təşkilatı daxili işlər nazirlərinin ikinci iclası Azərbaycanda keçiriləcək

Türk Dövlətləri Təşkilatı daxili işlər nazirlərinin ikinci iclası Azərbaycanda keçiriləcək
  05 Oktyabr 2024    Oxunub:1085
Türk Dövlətləri Təşkilatı daxili işlər nazirlərinin ikinci iclası gələn il Azərbaycanda baş tutacaq.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya TDT-nin yaradılmasına dair “Naxçıvan Anlaşması”nın imzalanmasının 15-ci ildönümü münasibətilə baş tutan rəsmi qəbulda çıxışı zamanı bildirib.

O qeyd edib ki, sentyabr ayının 6-da Qırğızıstanda baş tutan ilk iclasın davamı olacaq bu toplantıda da önəmli məsələlərin müzakirə edilməsi gözlənilir.

Nazir çıxışı zamanı Türk Dövlətləri Təşkilatının artıq dünya miqyasında xüsusi rola malik olduğunu, TDT-nin yaradılması ilə üzv ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da dərinləşərək yeni, keyfiyyətinə görə daha yüksək səviyyəyə çatdığını vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti