TSAXAL: "HƏMAS-ın Qəzzadakı hökumət başçısı öldürülüb"

"TSAXAL və İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağında apardığı birgə əməliyyat nəticəsində HƏMAS-ın Qəzza zolağındakı hökumət başçısı Rauhi Muştaha, təşkilatda siyasi təhlükəsizlik rəhbəri vəzifəsində çalışmış Sameh əs-Sirac, həmçinin ümumi təhlükəsizlik aparatının komandiri Sami Auda məhv edilib",- məlumatda qeyd edilib.
Sentyabrın sonunda İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubunda HƏMAS-ın səhra komandiri Əhməd Məhəmməd Fəhdanı da öldürmüşdü.
Tural Tağıyev
AzVision.az
Teqlər: