Şərifzadə küçəsində avtobus zolağında vaxt məhdudiyyəti tətbiq edilib

Şərifzadə küçəsində avtobus zolağında vaxt məhdudiyyəti tətbiq edilib
  03 Oktyabr 2024    Oxunub:270
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Yasamal rayonunun Abbas Mirzə Şərifzadə küçəsində avtobus zolağında vaxt məhdudiyyəti tətbiq edib.
AzVision.az xəbər verir ki, küçədə avtobus zolağının saat 07:00-21:00 aralığında qüvvədə olma vaxtını göstərən yol nişanı quraşdırılıb. Beləliklə, A.M.Şərifzadə küçəsində digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir.

Qaydalara riayət etməyənlər üçün 100 manat cərimə və 2 bal müəyyən edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti