Fransa Kiyevi "Sezar"ın böyük partiyası ilə təmin edəcək

 Fransa Kiyevi "Sezar"ın böyük partiyası ilə təmin edəcək
  04 Oktyabr 2024    Oxunub:1231
"Ukrayna "Sezar" özüyeriyən artilleriya qurğularının böyük partiyasını alacaq".
Bu fikri Fransanın müdafiə naziri Sebastien Lecornyu "X"də yazıb.

Ermənistan Fransadan SEZAR haubitsaları alacaq
O qeyd eidb ki, Kiyevdə keçirilən sənaye forumu çərçivəsində 12 “Sezar” özüyeriyən silahının tədarükü ilə bağlı müqavilə imzalanıb

Məlumata görə, tədarükün maliyyələşdirilməsi Ukrayna hesabına həyata keçirilir.
Lekornyu onu əlavə edib ki, saziş Fransanın müdafiə qabiliyyətinin artırılması səylərinin bir hissəsi sayılmaqla yanaşı, Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya dəstək məqsədi də daşıyır.

Xatırladaq ki, 2024-cü ilin yanvarında Fransa Ukraynaya dəstək üçün artilleriya koalisiyası yaradıb. Koalisiyada Belçika da daxil olmaqla iyirmi beş ölkə var. Onlar Ukraynaya 72 "Sezar" verməyə razılaşıblar.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Fransa   Ukrayna  





Xəbər lenti