Aleksandr Lukaşenko: “İlham Əliyev deyirsə, deməli olacağıq”

   Aleksandr Lukaşenko:    “İlham Əliyev deyirsə, deməli olacağıq”
  03 Oktyabr 2024    Oxunub:336
Belarus prezidenti Aleksandr Lukaşenko bu ilin noyabrında COP29 iqlim konfransında iştiral etmək üçün Bakıya gəlmək planlarını təsdiqləyib.
xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın baş naziri Əli Əsədovla görüşü zamanı belə deyib.

Əli Əsədov bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflərin Konfransında iştirak etmək üçün Aleksandr Lukaşenkoya Azərbaycan Prezidenti İlham Əliyevin adından dəvəti çatdırıb.

“İlham (Əliyev) deyirsə, deməli orada olacağıq”, - Belarus prezidenti vurğulayıb.

Azərbaycannı baş naziri, öz növbəsində rəsmi Bakının Belarus prezidentinin bu tədbirdə iştirakına xüsusi diqqət yetirdiyini bildirib.

“Biz Sizin şəxsi iştirakınıza xüsusi önəm veririk ki, bu da bu konfransa xüsusi status verəcək”, - Əli Əsədov deyib.

“BELTA” agentliyinin məlumatına görə, Aleksandr Lukaşenko iki dövlətin xalqlarının maraqları naminə öz işlərini görən Azərbaycan və Belarusun dostluğunun üçüncü ölkələrə qarşı yönəlmədiyini söyləyib.

- Belarusla Azərbaycan arasındakı münasibətlər baxımından, beynəlxalq aləmdə müxtəlif eniş-yoxuşlara baxmayaraq, siz və mənim dostum, çox yaxın dostum və qardaşım İlham Heydəroviç (Azərbaycan Prezidenti İlham Əliyev) bilməlisiniz ki, Belarus-Azərbaycan münasibətlərində qapalı mövzular yoxdur. Bu zaman biz heç bir beynəlxalq hüquq normasını pozmuruq, üçüncü ölkələrə qarşı dost deyilik, öz işimizi xalqlarımız adına görürük”, - Aleksandr Lukaşenko iki dövlət arasındakı münasibətlərin təbiətini diqqətə çatdırıb.

Sahil İsgəndərov


Teqlər: Azərbaycan   Belarus   dostluq  





Xəbər lenti