Prezident bəzi Qərb dövlətləri haqqında: Bu ikiüzlülüyün dərəcəsi olmalıdır, yoxsa yox?!

  Prezident bəzi Qərb dövlətləri haqqında:  Bu ikiüzlülüyün dərəcəsi olmalıdır, yoxsa yox?!
  04 Oktyabr 2024    Oxunub:1308
Qərb dövlətləri, ilk növbədə, bizi məğlubiyyətlə barışdırmaq üçün bütün çirkin əməllərdən istifadə edirdilər ki, təki biz torpaqları işğaldan azad etməyək. Bu işğalı əbədi etmək üçün Fransa və onun kimi Qərb dövlətləri əllərindən gələni edirdilər.
AzVision.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl sakinləri ilə görüşdə söyləyib.

“Bu ədalətsizliyin dərəcəsinə baxın ki, bizim torpaqlarımızı Ermənistana bağışlamaq istəyən ölkələr bu münaqişənin guya həlli ilə məşğul olurdular. Amma onların əsl niyyəti bizi daim təzyiq altında saxlamaq və bu torpaqları Ermənistana bağışlamaq idi. Onların təklifləri nədən ibarət idi? Ondan ibarət idi ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə müstəqillik verilsin. Axı, bu riyakarlığın, ikiüzlülüyün dərəcəsi olmalıdır, yoxsa yox?!

Bu gün Rusiya-Ukrayna müharibəsinə baxın, Qərb dövlətləri, Fransa, Amerika, o birilər nə deyirlər? Deyirlər, Ukraynanın ərazi bütövlüyü bərpa edilməlidir, Ukrayna silahdan istifadə etməlidir. Bütün növ silahları Ukraynaya verirlər. Yaxşı, bəs bizim işğal altında olan torpaqlarımıza niyə münasibət fərqli idi? Axı, bizim də ərazi bütövlüyümüz pozulmuşdu.

Bizim insanlar – 1 milyon insan evsiz-eşiksiz qalmışdır. Kim bizə kömək edirdi? Vaqonlarda, yataqxanalarda, uşaq bağçalarında, çadırlarda 1 milyon insan yaşayanda niyə bu dərəcədə ikiüzlülük göstərilirdi? Bu suallara cavab tələb edirik”, - o qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti