Kiyev Rusiyaya yeni sürprizlər hazırlayır

Kiyev Rusiyaya yeni    sürprizlər    hazırlayır
  03 Oktyabr 2024    Oxunub:338
Ukrayna prezidenti Volodimir Zelenski ölkənin hərbi kəşfiyyatının (BKİ) rəhbəri Kirill Budanov və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Oleq İvaşenko ilə məsləhətləşmələr aparıb.
AzVision.az xəbər verir ki, xalqa video-müraciətində Ukrayna prezidenti ölkə kəşfiyyatının rəhbərləri ilə “Ramştayn” çərçivəsində Kiyevin müttəfiqlərinin görüşünə hazırlığı müzakirə etdiyini bildirib. Ukrayna öz tərəfdaşlarına cəbhədəki vəziyyət, silahlı qüvvələrinin perspektivləri və ehtiyacları barədə məlumatları çatdırmağa hazırlaşır.

İkinci müzakirə mövzusu isə bu ilin payızında Rusiya ilə müharibəyə hazırlıq məsələsi olub. Zelenski bu məsələdə Ukraynanın sərt davranacağını diqqətə çatdırıb.

“Biz düşmənin niyyətini nəzərə alaraq işləyirik, biz Ukraynanın müdafiəsi, xalqımızın həyatının qorunması üçün ən faydalı olacaq şəkildə cavab verməyə hazırlaşırıq”, - Voldoimir Zelenski deyib.

Ukrayna prezidentinin nikbin bəyanatlarına rəğmən, əksər analitiklər cəbhədəki ağır vəziyyətin və Zelenskinin ABŞ-yə səfərinin gözlənilən nəticələri verməməsinin Kiyevə yaxşı heç nə vəd etmədiyini vurğulayırlar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Rusiya   sürprizlər  





Xəbər lenti