"ABŞ İrana qarşı müharibədə İsrailin yanındadır"

   "ABŞ İrana qarşı müharibədə İsrailin yanındadır"
  04 Oktyabr 2024    Oxunub:1205
"İranın xarici işlər naziri Abbas Arakçı bildirib ki, öz hava məkanını İsrailə verən istənilən dövləti düşmən hesab edəcəyik. Məsələ burasındadır ki, ABŞ İsrail-İran müharibəsinin kənarında deyil. ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin gəmiləri İranın İsrailə qarşı raketlərinin dəf olunmasında iştirak edib. Bu isə o deməkdir ki, ABŞ İrana qarşı müharibədə İsrailin yanındadır".
AzVision.az xəbər verir ki, bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

"İsrailə hücum barədə Məsud Pezeşkiana məlumat verilib" - Politoloq
Onun sözlərinə görə, İran rəsmiləri bölgədə yerləşdən ABŞ hərbi gəmilərinə də zərbə vura biləcəklərinə eyham vurublar:

“Belə olan halda ABŞ bölgədəki hərbi bazalarından İrana zərbələr endirəcək. ABŞ-ın böglədəki hərbi bazaları Türkiyə, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı və bəzi mülahizələrə görə İordaniyada yerləşir. Ankara ABŞ-ın İncirlikdəki hərbi bazasından İrana qarşı istifadə edilməsinə icazə verməyəcək.

Ancaq eyni sözləri ərəb ölkələrinə aid edə bilmərik. Bu ərəb ölkələri İranın zəifləməsində maraqlıdırlar, ona görə də ABŞ və İsrailə mane olmayacaqlar. Belə olan halda nazir Abbas Arakçının söylədiyi kimi, İran qonşuluğundakı ərəb ölkələrinə də zərbə endirəcəkmi? Əgər bu, baş verərsə, İran öz durumunu daha da ağırlaşdıracaq”.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   İran   İsrail   ABŞ  





Xəbər lenti