Livanda qaçqınlar üçün olan yol bombalanıb - "Reuters"

Livanda qaçqınlar üçün olan yol bombalanıb    - "Reuters"
  04 Oktyabr 2024    Oxunub:366
İsrail hərbçiləri Livanın Suriya ilə sərhədindəki yolu vurub.
Bu barədə Reuters məlumat yayıb. Bildirilib ki, bu magistral yol qaçqınların bombardmanlardan qaçması üçün istifadə olunur.

Livanın nəqliyyat naziri Əli Hamiye yayılan məlumatı təsdiqləyib. O qeyd edib ki, yol Məsna keçid məntəqəsi yaxınlığındadır və həqiqətən də bombalanıb.

Xatırladaq ki, ötən aydan başlayaraq İsrail Livanda hərbi əməliyyatlar aparır. Bir neçə gün öncə isə "Hizbullah"ın lideri Həsən Nəsrullah İsrail Hərbi Hava Qüvvələrinin Beyruta endirdiyi aviazərbə nəticəsində ölüb. İsrail ordusu həmçinin oktyabrın 1-də Livana qarşı qurudan da əməliyyata başlayıb. Buna cavab olaraq "Hizbullah"ı dəstəkləyən İran İsrailə qarşı genişmiqyaslı raket hücumu həyata keçirib.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti