Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Zəfər və qəhrəmanlıq simvolu olan cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında əldə olunan parlaq qələbədə ön cəbhədə, qızğın döyüşlər gedən ərazilərdə vəzifələrini böyük məsuliyyətlə yerinə yetirən həkim heyəti və tibb personalına öz minnətdarlığını bildirən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev onların fəaliyyətinə dövlət səviyyəsində daim dəstək göstərildiyini xüsusi qeyd etmişdir.
Bildirilmişdir ki, hər bir döyüşçü kimi həkimlər və tibb işçiləri də hərbi əməliyyatlarda işlərini şərəflə yerinə yetirmiş, döyüş meydanında yaralanmış və xəsarət almış hərbi qulluqçuların təxliyəsi zamanı onlarda ruh yüksəkliyi, psixoloji dözüm, qələbəyə inam əzmi formalaşdırmışlar.
Təltif edilən heyət göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmiş, bilik və bacarıqlarını daim inkişaf etdirərək hərbi qulluqçuların həyat və sağlamlığının qorunmasında əllərindən gələni əsirgəməyəcəklər.
Mərasimin sonunda həkimlər və tibb personalı qiymətli hədiyyələrlə təltifləndirilmiş, döyüşlərdə Dövlət Sərhəd Xidmətinin tibb heyətinin fəaliyyətindən bəhs edilən “Fədakar həkimlər” filminə baxılmış və “Siyasi repressiya qurbanları muzeyi” ziyarət olunmuşdur.
AzVision.az