Rusiya səfiri rusları İsraili tərk etməyə çağırdı

Rusiya səfiri rusları İsraili tərk etməyə çağırdı
  03 Oktyabr 2024    Oxunub:911
Rusiyanın Təl-Əvivdəki səfiri Anatoli Viktorov diqqət çəkən çağırışlar edib.
Rusiya mediasının yaydığı məlumata görə, o, nə qədər ki, imkan var, Rusiya vətəndaşlarına İsrail ərazisini tərk etməyi tövsiyə edib.

Rusiya bir qrup vətəndaşını Beyrutdan çıxarıb - VİDEO
Diplomat regionda vəziyyətin son dərəcə gərgin olduğunu vurğulayıb.

Onun sözlərinə görə, yerli administrasiyalar İsrail sakinlərinə hərbi vəziyyətin gərginləşməsi halında bomba sığınacaqlarına köçməyə hazır olmağı tövsiyə edir.
"Mövcud duruma, həddindən artıq gərgin vəziyyətə gəlincə, biz bu İsrailə səfər etməmək tövsiyəsini gücləndiririk. Hətta indi İsrail ərazisində olan vətəndaşlara bu ərazini tərk etmək barədə düşünməyi təklif edirik",- o qeyd edib.

Xatırladaq ki, bundan öncə Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi qrupu Livanın paytaxtı Beyrutdan 60 vətəndaşı (Livanda xidmət göstərəndiplomatik işçilərin ailə üzvlərini) evakuasiya edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   İsrail  





Xəbər lenti