89 yaşlı "Şerlok Holms" ölüm ayağındadır

89 yaşlı "Şerlok Holms" ölüm ayağındadır
  04 Oktyabr 2024    Oxunub:2087
Məşhur rusiyalı kinoaktyor, rejissor və ssenarist Vasili Livanov Moskvadakı Sklifosovski adına Elmi-Tədqiqat İnstitutunun palatasına yerləşdirilib.
Yerli medianın yaydığı məlumata görə, sənətçini infarkt vurub. Həkimlər 89 yaşlı aktyorun vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər görürlər. Xəstəxanadan verilən məlumatda qeyd edilib ki, o, Nevroloji reanimasiya şöbəsindədir və vəziyyəti xeyli ağırdır.

Vasili Livanova populyarlığı İqor Maslennikovun "Şerlok Holms və Doktor Vatsonun sərgüzəştləri" (1979-1986) serialındakı Şerlok Holms rolu qazandırıb.

Bundan başqa, Vasili Livanovun (Yuri Entin ilə birlikdə) ssenarisi əsasında “Bremen şəhərinin musiqiçiləri” (1969) cizgi filmi rus animasiyasının klassikinə çevrilib. Tamaşaçıların istəyi ilə onun davamı olan “Bremen şəhər musiqiçilərinin izi ilə” (1972) filmi, 2001-ci ildə isə “Yeni Bremen şəhər musiqiçiləri” filmi ekranlara çıxıb. Livanov "Uşaq və Karlson" (1968), "Karlson qayıtdı" (1970) cizgi filmlərində Karlsonu, Timsah Gena və Çeburaşka haqqında cizgi filmləri silsiləsində Timsah Genanı (1969-1983), "38 tutuquşu" filmində Boanı və ekranlara çıxmış digər 300 filmin personajını səsləndirib.
Tural Tağıyev
AzVision.az



Teqlər: Aktyor  





Xəbər lenti