"Vəziyyət daha da gərginləşəcək" - Rusiyanın Livandakı səfiri

   "Vəziyyət daha da gərginləşəcək"    - Rusiyanın Livandakı səfiri
  02 Oktyabr 2024    Oxunub:1148
"İsrailin Livanın cənubunda quru əməliyyatına başlamaq qərarı təkcə Livan-İsrail qarşıdurması çərçivəsində deyil, bütün regionda gərginliyə səbəb olur".
Bu fikri Rusiyanın Livandakı səfiri Aleksandr Rudakov TASS-a açıqlamasında deyib.
Səfir sərhəd bölgələrində baş verənləri həyəcanla izlədiklərini bildirib.

Husilər İsrailə "Qüds-5" raketləri ilə hücum ediblər
Diplomat xatırladıb ki, İsrail ordusu məhdud quru əməliyyatına başlayıb: "Bu tədbirlərdən əvvəl ölkənin cənub və şərq rayonları görünməmiş səviyyədə bombardman edilib. Biz belə hesab edirik ki, döyüş əməliyyatlarının quru elementinin meydana çıxması vəziyyətin daha da pisləşməsinə gətirib çıxaracaq”.

Xatırladaq ki, oktyabrın 1-i axşam saatlarında İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti ölkənin hücuma məruz qalması barədə məlumat yayıb. TSAXAL İranın İsrailə kütləvi raket hücumuna başladığını elan edib. “The Jerusalem Post” qəzeti yazıb ki, əməliyyatlar zamanı İran tərəfi İsrail ərazisinə 400-ə yaxın raket zərbəsi endirib. Hücumun hədəflərindən biri də Təl-Əviv şəhəri olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   Livan   Səfir  





Xəbər lenti