Quranı yandıran Volqoqrad sakini dövlətə xəyanətdə ittiham olunub - VİDEO

Quranı yandıran Volqoqrad sakini dövlətə xəyanətdə ittiham olunub  - VİDEO
  03 Oktyabr 2024    Oxunub:329
Quranı yandıran Volqoqrad sakini Nikita Juravel dövlətə xəyanətdə ittiham olunub.
Bu barədə Rusiya Federasiyasının Baş Prokurorluğu məlumat yayıb.

Qeyd edilib ki, Volqoqrad vilayətinin prokurorluğu əvvəllər məhkum olunmuş Nikita Juravelə qarşı cinayət işi üzrə ittiham aktını təsdiqləyib.

Müstəntiqlərin fikrincə, cinayətkar messencer vasitəsilə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) işçisinə əməkdaşlıq təklif edib. Jurevel ötən ilin martında UTX əməkdaşına Rusiya Silahlı Qüvvələrinin texnikalarını daşıyan qatarın, hərbi təyyarələrin videosunu, habelə hərbi hissələrdən birinin xidməti maşınının hərəkəti ilə bağlı məlumatları göndərib.
Məhz bu səbəbdən o, dövlətə xəyanətdə ittiham olunur. İş artıq Volqoqrad Vilayət Məhkəməsinə göndərilib.
Xatırladaq ki, Juravel 2023-cü ilin mayında Quranı yandırdığına görə saxlanılıb. Bu ilin fevralında Qroznı məhkəməsi Juraveli Quranın yandırılması işi üzrə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti