G20 ölkələri Azərbaycanın COP Sədrliyinə dəstək ifadə edib

G20 ölkələri Azərbaycanın COP Sədrliyinə dəstək ifadə edib
  05 Oktyabr 2024    Oxunub:1410
Energetika naziri Pərviz Şahbazov Braziliyada G20-nin enerji keçidi üzrə nazirlər iclasında Azərbaycan və Braziliyanın növbəti “Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” dövrü üçün sıx əməkdaşlıq etdiyini, G20 çərçivəsində keçirilən tədbirlərin, habelə G20 Liderlər Sammitinin ambisiyaların artırılması və COP29-un nəticələrinin həyata keçirilməsində mühüm rolunu qeyd edib.
AzVision.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, COP29 Sədrliyinin iqlim dəyişmələri ilə bağlı inkişaf etməkdə olan ölkələrin artan maliyyə ehtiyaclarını ödəmək məqsədilə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması və effektiv karbon bazarları vasitəsilə iqlimlə bağlı fəaliyyətin gücləndirilməsi kimi prioritetlərindən bəhs edib.

Bildirilib ki, “Yaşıl Enerji üzrə Zona və Dəhlizlər”, “Qlobal Enerji Saxlancları və Şəbəkələri”, “Hidrogen Bəyannaməsi” təşəbbüsləri dünyada enerji keçidini sürətləndirəcək: “Enerji keçidi fərdi və kollektiv səylər tələb edən proses və öhdəlikdir. Azərbaycan inklüzivliyə tam sadiqdir və COP29-un uğurlu enerji nəticələrini təmin etmək üçün bütün maraqlı tərəflərlə işləməyə hazırdır” - deyə nazir əlavə edib.
AzVision.az



Teqlər:





Xəbər lenti