Səfir: Almaniya Azərbaycanı COP29 sədri kimi ilk gündən dəstəkləyib

   Səfir:     Almaniya Azərbaycanı COP29 sədri kimi ilk gündən dəstəkləyib
  04 Oktyabr 2024    Oxunub:1481
"Biz Azərbaycanı bu prosesdə ilk gündən dəstəkləyirik, çünki biz bu tədbiri, burada hədəflərə nail olmağı planetimiz üçün bir fürsət kimi görürük. COP29-un bir uğura çevrilməsi Almaniyanın marağındadır", deyə səfir bildirib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman Almaniyanın Birlik Gününə həsr olunmuş tədbirdə deyib.

Diplomat deyib ki, Almaniya yaşıl enerji keçidini, yaşıl iqtisadiyyatı dəstəkləyir və bu istiqamətdə fəal addımlar atır: "COP29 həm də Azərbaycanla Ermənistan arasında sülh prosesi ilə bağlı olub və bu, ümidvericidir. Azərbaycan və Ermənistan heç vaxt olmadığı qədər sülhə yaxındır, Almaniya bu prosesdə hər iki ölkəni dəstəkləyir. Biz inanırıq ki, Cənubi Qafqazda yaxın gəlcəkdə sülh bərqərar olacaq və Almaniya olaraq prosesə töhvə verməyə hazırıq".

AzVision.az





Teqlər:





Xəbər lenti