İrəvanın ehtiyatlı “qətiyyəti”

“Düşünürəm ki, hamımız daha diqqətli olmalıyıq. Heç kimə sirr deyil ki, dayanıqlıq prioritet olmalıdır və baş verə biləcək proses yaxşı hesablanmalı, idarə edilməlidir; bunun sadə sual olmadığını nəzərdə tuturam”, - Ermənistan diplomatiyasının rəhbəri bildirib.
Ermənistanın KTMT-dəki üzvlüyünü dondurduğunu və əvvəlki münasibətlərə qayıtmaq fikrində olmadığını xatırladan Mirzoyan, ölkəsini işləməyən hərbi ittifaqda görmədiklərini iddia edib.
KTMT-ni növbəti dəfə fəaliyyətsizlikdə günahlandıran rəsmi İrəvan bu qurumun, ilk növbədə isə Rusiyanın, İkinci Qarabaq Müharibəsində Ermənistan tərəfdən Azərbaycana qarşı vuruşmaqdan imtina etdiyini nəzərdə tutur. Ermənistan rəhbərliyi sadə bir həqiqəti - heç bir dövlətin İrəvanın təcavüzkar siyasətinin şəriki olmağı və onun girovuna çevrilmək istəmədiyi reallığını həzm edə bilmir.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Ermənistan KTMT