Səudiyyə Ərəbistanında şiələr etiraza qalxdı
Virtualaz.org “Reuters” agentliyinə istinadən bildirir ki, etirazçılar hakim kral sülaləsi əleyhinə şüarlar səsləndiriblər
Öz növbəsində Bağdaddan olan şiə din xadimi Muktad əl-Sədr İraq hakimiyyətini ölkədə Səudiyyə Ərəbistanının səfirliyini bərpa etmək ideyasından imtina etməyə çağırıb.
Digər bir din xadimi isə deyib ki, Ayətullah Nemr Bakır ən-Nəmrinin edamı şiələrlə sünnilər arasında nifaqı gərginləşdirməyə yönəlib və regionda onsuz da sadə olmayan vəziyyəti daha da mürəkkəbləşdirə bilər.
Bir daha xatırladaq ki, Səudiyyə Ərəbistanında müxtəlif terrorların törədilməsində təqsirli bilinən 47 nəfər edam edilib. Onların arasında şiə təriqətinə mənsub olan din adamı Ayətullah Nemr Bakır ən-Nəmrin də olub.
Teqlər: