Kim Çen In dostunun ölümünə görə ağladı
Şimali Koreya İşçi Partiyası katibi və ölkənin Cənubi Koreya ilə müzakirələrində məsul şəxs olan Birləşmiş Cəbhə Şöbəsi direktoru Kim Yang-gon, dünən səhər 06.15 radələrində keçirdiyi yol qəzasında dünyasını dəyişib.
Kim Yang-gon üçün təşkil edilən cənazə mərasimində Şimali Koreya lideri Kim Çen In göz yaşlarına hakim ola bilməyib.