Dəhşətli qəza, 24 maşın toqquşdu

Dəhşətli qəza, 24 maşın toqquşdu
  01 Yanvar 2016    Oxunub:2633
Almaniyanın Paderborn şəhərində ağır yol qəzası baş verib.
AzVision.az xəbər verir ki, 24 maşının toqquşması nəticəsində 1 nəfər ölüb, 66 nəfər isə ağır bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib. Hadisə yerinə çoxlu polis və təcili tibbi xidmətin əməkdaşları cəlb olunub.

İlkin məlumatlara görə, hadisəyə hava şəraitinin əlverişsiz olması səbəb olub. Sürücülərin sözlərinə əsasən, duman o qədər güclü olub ki, ətrafda heç nə görmək mümkün olmayıb. Baş vermiş hadisə səbəbindən yol hərəkətinə uzun müddət məhdudiyyət qoyulub.


Teqlər:  





Xəbər lenti