Dubaydakı yanğında Azərbaycan vətəndaşları xəsarət alıb?
Bu barədə AzVision.az-a XİN-nin mətbuat xidmətindən məlumat veriblər.
Azərbaycan Respublikasının Dubay əmirliyindəki Baş Konsulluğu mehmanxanada baş vermiş yanğında xəsarat alanlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olub - olmaması məsələsini Dubay əmirliyinin rəsmi orqanları ilə araşdırır və məsələni nəzarətdə saxlayır.
Həmin mehmanxanada yeni ili qeyd edənlər arasında Azərbaycan Respublikası vətəndaşları da olub. İlkin məlumata əsasən vətəndaşlarımız arasında xəsarət alan yoxdur.
AzVision.az