Putin məmurların kütləvi ixtisarına başladı

Putin məmurların kütləvi ixtisarına başladı
  01 Yanvar 2016    Oxunub:2059
Rusiya prezidenti Vladimir Putin bəzi idarə və təşkilatlarda ştatların sayının azaldılması barədə fərman imzalayıb.
AzVision.az anspress-ə istinadən xəbər verir ki, sərəncama əsasən bu, Prezident Administrasiyası, FHN, Müdafiə Nazirliyi, Məhkəmə İcraçıları Federal xidməti, prokurorluq orqanları və bir sıra digər idarələrin işçilərinə aid edilir.

Prezidentin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, qanun layihəsi müxtəlif nazirliklərdə və idarələrdə, o cümlədən İstintaq komitəsi və Baş Prokurorluq və onlara tabe olan idarələrdə məmur aparatının azaldılmasına yönələn ardıcıl işlərin davamıdır. Qanunda 10 % məmurun işdən azad olunacağı nəzərdə tutulub.

Qeyd edək ki, 21 dekabrda Baş nazir Dmitri Medvedyev yanvarın birindən dövlət mülki qulluqçularının sayının 10% azaldılması haqqında qanun imzalayıb. Eynilə dekabr ayında dövlət qulluqçularının, hakimlərin və hərbçilərin əmək haqlarının 2016-cı ildə indeksləşdirilməsi haqqında qanun qəbul edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti